Narkotikə görə tutulan idmançı azadlığa buraxılıb. Bu haqda Report 18 noyabr tarixində xəbər verib.
Bir neçə gün əvvəl Sabunçu Rayon Polisinin əməkdaşları tərədindən saxlanılan Yunan-Roma güləşçisi Fərid Zeynalabdinov azadlığa buraxılıb.
İdmançının vəkilinin verdiyi məlumata əsasən, Fərid Zeynalabdinovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək onun azadlığa buraxılması ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciətləri təmin edimədiyindən, onlar Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.
Bundan sonra hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Fərid Zeynalabdinov ev dustaqlığına buraxılıb.