Bakıda narkotikə görə polis tərəfindən saxlanılan şəxs xəstəxanada dünyasını dəyişib. Bu haqda Report 5 iyun tarixində məlumat verib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Məmmədov saxlanılıb. Axtarış zamanı ondan 4 büküm heroin ələ keçirilib.
Dindirilmə zamanı o, narkotiklərin istifadəsi və satışı ilə məşğul olduğunu təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb, Məmmədov isə Müvəqqəti Saxlama Yerinə yerləşdirilib.
Lakin saxlanılan uzun müddət vərəm və hepatit xəstəliklərindən əziyyət çəkdiyindən, xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.