Bakı Zooloji Parkında pələng balası dünyaya gəlib. Bu haqda BakuPlus.az bu gün, 13 iyun tarixində xəbər verir.
Pələnglərin digər məməlilərə nisbətən yavaş çoxalmasını nəzərə alsaq, bu möhtəşəm xəbərdir.
Həmçinin pələng ilində pələng balasının dünyaya gəlməsi Bakı Zooloji Parkının tarixində bir ilkdir.
Dişi pələng balasına Nur adı verilib.
Bundan əlavə, zooparkda bir çox heyvanların balaları dünyaya gəlib. Bunlardan dəvəquşu, ceyran, maral, dəvə və s. misal gətirmək olar.