“COP29 tədbiri ərzində Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisindən paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək”.
Bu barədə Bakuplus.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, H1 ekspres xətti üzrə avtobuslar “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə, H2 ekspres xətti üzrə avtobuslar isə “Əhmədli” metrostansiyasına hərəkət edəcək.
Sözügedən marşrutlar 10 noyabr tarixindən fəaliyyətə başlayacaq və ödənişsiz şəkildə sərnişinlərə xidmət göstərəcək.
