top
Bakıda qadın evdən oğurladığı pulu faizə banka qoydu
09 iyun 2022, 23:50
- ↺ +

Bakıda qadın evdən oğurladığı pulu faizə banka qoydu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda xəstə baxıcısı olaraq çalışdığı evdən oğurluq edən qadın barəsində məhkəmə qərar çıxarıb. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 10 iyun tarixində xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ev sahibinin evindən 178 min manatlıq oğurluq edən xəstə baxıcısı 5 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 il müddətinə sınaq müddəti olmaqla cəzası şərti hesab edilib.

Nigar Qulamova (ad, soyad şərtidir) adlı qadın ötən ilin sentyabrında Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 ünvanında, mənzillərin birində insult keçirmiş qadına aylıq 700 manat maaş müqabilində baxıcılıq edib.

Nigar işə başladıqdan bir ay sonra yataq otağının dolabında xeyli miqdarda pul vəsaitinin və qızıl-zinət əşyalarının olduğunu görüb. Dolabdan 9 min dollar və min manat dəyərində bir cüt sırğa-üzük dəstini götürüb.

O, eyni ayda yataq otağında növbəti dəfə təmizlik işi apararkən çamadanın içində gördüyü 100 min dolları və 5 min manat dəyərində qızıl-zinət əşyalarını götürüb.

Qadın ümumilikdə ev sahibinə 178 min manat məbləğində maddi ziyan vurub.

Məhkəmə zamanı o da məlum olub ki, xəstə baxıcısı oğurluq yolu ilə əldə etdiyi puldan 100 min manatını illik 10 faiz gəlir əldə etmək şərtilə 12 ay müddətinə banka yatırıb.

Məhkəmədə zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyi üçün Nigardan şikayətçi olmayıb.

Nigarın həyat yoldaşı bıçaqlanma hadisəsinə görə hazırda həbsdədir.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər