Bakıda restoranların birində yeməkdən boğulan kişi obyektin işçisi tərəfindən xilas olunub. Bu haqda videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Müəssisənin ofisiantı boğulan şəxsə kömək etmək üçün ona yaxınlaşıb və dərhal müdaxilə edib. Restoranın qonağının xarici vətəndaş olduğu iddia edilir.