AQTA növbəti dəfə Bakıda tanınmış qida və ticarət obyektlərində yoxlamalar keçirib. Bu haqda 19 sentyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Agentlik əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində “Kəpənəkçi” və “Elmar” marketləri, “Retro Şam”, “Qədim Qəbələ” restoranları ilə yanaşı, “Gəncəli plaza” hotelində yoxlamalar aparılıb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmişdir.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.