“28 Mall” Ticarət Mərkəzinin mühafizəçisi müştərini döyüb. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Ayxan Mahmudlu adlı şəxs polisə ərizə yazaraq “28 Mall” ticarət mərkəzində tanımadığı mühafizəçinin onu döydüyünü bildirib.
Hazırda məsələ ilə bağlı araşdırmaya başlanılıb.