Paytaxt Universitetlərindən daha birində yemək qadağası öz əksini tapıb. Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin divarına vurulan yazıda qeyd olunub: “Kənardan bufetə yemək gətirilməsi qadağandır.”
Qeyd edək ki, Facebook sosial şəbəkəsində təhsil ocağının rəsmi səhifəsi bu barədə fikir bildirib.
Universitetdən hələ ki, rəsmi açıqlama verilməyib.