“Özün Yarat” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 13 may tarixində xəbər verir.
Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən parkda təşkil edilən tədbirdə “Özün Yarat” müsabiqəsinin seçilmiş iştirakçıları əl işlərini nümayiş etdirib və laureatlara qiymətli hədiyyələr verilib.
Mərasimdə ekologiya və təbii sərvətlər nazirinin müavini, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini çıxış ediblər.
Müsabiqənin qaliblərinə qiymətli hədiyyələr, digər qaliblərə həvəsləndirici mükafatlar və sertifikatlar təqdim olunub.
Tədbirin keçirilməsində məqsəd insanları tullantıların azaldılması və ətraf mühitin qorunması üçün atılan tullantılarla bağlı yaradıcı həll yolları axtarmağa sövq etməkdir.