Bakıda zibillikdən sərvət çıxır. Bu haqda 1 iyun tarixində Bakuplus.az Xəzərxəbər-ə istinadən məlumat verir.
Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda hər il 100-150 kiloqram, və ya 1500 manata yaxın dəmir pul tapılır. Tapılan xırda qəpiklər əvvəlcə yuyucu vasitələrdən istifadə edilərək yuyulur, sonra isə dezinfeksiya edilir. Mərkəzi Banka təhvil verilib kağız pullara dəyişdirilən həmin məbləğ xeyriyyə məqsədləri üçün istifadə edilir.
"Təmiz Şəhər" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov deyib ki, hər gün zavoda 2000 tondan çox tullantı təhvil verilir. Bunların içərisindən isə xeyli miqdarda qəpiklər tapılır.