Bakıdan gedən daha bir zəvvat vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayon sakini Hacı Dəyanət bu gün Kərbəlada dünyasını dəyişib. Onun harada dəfn ediləcəyi barədə hələlik məlumat verilməyib.
Bir neçə gün əvvəl Kərbəlada ziyarətdə olan daha iki Azərbaycan vətəndaşı vəfat etmişdi.