Bakı şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ayaz İmaməliyev qurumun yeni Aparat rəhbəri təyin edilib. O, bundan əvvəl BŞİH Aparatının ümumi şöbəsinin və İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.
BŞİH-nin sabiq rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə keçmişdir.