Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub. Bu haqda 17 may tarixində Bakuplus.az məlumat verir.
İcra başçısı Eldar Əzizovun əmrinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə Anar Tağıyev təyin edilib.