Ali məhkəmənin sabiq hakimi vəfat edib. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ali Məhkəmənin hakimi, Bakı qarnizonu hərbi tribunalının hakimi və Bakı qarnizonu hərbi tribunalının sədr müavini olmuş Fərhad Əliyev dünyasını dəyişib.
O, Milli Məclisin deputatı Jalə Əhmədovanın atasıdır.