Bakı şəhəri ərazisində küçə ticarətinə qarşı reyd keçirilib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Keçirilən reydlər zamanı paytaxt ərazisində çirkab suları küçəyə axıdan, eləcə də küçə ticarəti ilə məşğul olan sahibkarlar məsuliyyətə cəlb olunublar. Onlarla profilaktik söhbətlər aparılıb.
Qanun pozan şəxslər 50 AZN məbləğində cərimələniblər. Daxili İşlər Nazirliyindən bu kimi reydlərin davamlı keçiriləcəyi vurğulanıb.
[caption id="attachment_89010" align="alignnone" width="640"]
Foto ATV rəsmi Youtube kanalı[/caption]