Rusiyanın "Azimut" aviaşirkəti Həştərxan - Bakı - Həştərxan marşrutu üzrə uçuşları bərpa edib. Bu barədə bu gün, 20 may tarixində Bakuplus.az aviaşirkətə istinadən xəbər verir.
Verilən məlumata görə, mayın 30-dan uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Qrafikə əsasən, təyyarənin Bakıda eniş vaxtı 14:10 (Bakı vaxtı), Həştərxana uçuş vaxtı isə 15:10 (Həştərxan vaxtı) təşkil edir.
Xatırladaq ki, Azimut Hava Yolları Mineralnıye Vodı və Soçidən uçuşlar həyata keçirir.