Gürcüstan Bakı marafonuna 20 nəfər yollayıb. Bu haqda bu gün, 14 may tarixində Bakupuls.az Azərtac-a istinadən xəbər verir.
Marafonda iştirak edənlər - 1 Azərbaycan, 1 Ukrayna, 1 Kanada, 2 Rusiya və 15 nəfər Gürcüstan vətəndaşı olmaqla paytaxta yola salınıblar.
Təşəbbüs Heydər Əliyev Fondunun və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.