Bakı Metropoliteni kabellərin alınması üçün 3 milyona yaxın pul xərcləyəcək. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qurumun kabellərin satınalması ilə əlaqədar keçirdiyi tender nəticəsində "Smart Energy Solutions" QSC-yə 2 milyon 748 min manat ödəniləcək.