top
“Bakı Metropoliteni” QSC-dən qatarlardakı nasazlıqlarla bağlı AÇIQLAMA
23 sentyabr 2024, 07:06
- ↺ +

“Bakı Metropoliteni” QSC-dən qatarlardakı nasazlıqlarla bağlı AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gün ərzində sərnişinlərin ən çox istifadə etdiyi ictimai nəqliyyat Bakı metrosudur. Təəssüf ki, metroda isə vəziyyət ürəkaçan deyil.

Belə ki, hər gün səhər saatlarında işə gedən sərnişinlər qatarlarda yaranan texniki-nasazlıq, yubanma səbəbindən mənzil başına gecikirlər.

Bu gün səhər saat 07:30 radələrində qatar metronun “Elmlər Akademiyası” stansiyasına daxil olaraq dayanıb. Lakin texniki nasazlıq səbəbindən hərəkət etməyib və təhlükəsizlik məqsədi ilə sərnişinlər qatardan boşaldılıb.

Maraqlıdır, hər gün minlərlə sərnişin daşıyan qatarlar xəttə buraxılmazdan öncə yoxlanılmırmı?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəisi Bəxtiyar Məmmədov BakuPlus.az-ın sorğusuna cavab olaraq bildirib ki, sadalanan problemlər 5-10 il bundan əvvəlki dövrlə müqayisədə kifayət qədər azalıb:

“Artıq çox nadir hallarda belə problemlər olur. Əsasən sərnişinlərin sıx olduğu saatlarda nasazlıq ehtimalları yaranır. Ən kiçik nasazlıq ehtimalında belə sərnişinlərin qatarlardan boşaldılması önəmlidir. Bu nöqsan xronikada qeyd edilir və illik hesabatda əksini tapır. Bəzən aylarla metroda texniki nasazlıq baş vermir. Bu gün səhər saatlarında müşahidə edilən problem isə vaqonlardan birinin qapısı ilə əlaqəli olub. Qatarlar gün ərzində 8-20, əsasən də 11-20 saat xəttə istifadədə olur. Sərnişin sıxlığı yaşanan dövrdə vaqonların qapılarına sərnişinlər tərəfdən fiziki təzyiq halları ilə rastlaşırıq. Bu səbəbdən qapılarda müəyyən nasazlıq yaranması müşahidə edilir. Bu gün ən əsas problem qapılarda bağlı olur. Bundan öncə də metronun “Neftçilər” stansiyasında sərnişinlər tərəfindən vaqon qapısına təzyiq olunmuşdu. Maşinist baxış keçirib və qatarın depoya göndərilməsinə qərar verib. Sərnişinlər stansiyada boşaldılıb və qatar texniki baxışa göndərilib. Bütün qatarlar yeni tədris mövsümü başlayandan həm gecə, həm də gündüz saatlarında texniki müayinələrdən keçirilir. Əlavə müayinələr təyin edilir. Protokola uyğun olaraq kondisioner sistemləri, sərnişinin müdaxilə edə biləcəyi və edə bilməyəcəyi bütün qovşaqlar yoxlanılır. O cümlədən təhlükəsizliklə bağlı olan məsələlərə də nəzarət olunur”.

“Bakı Metropoliteni” QSC-dən qatarlardakı nasazlıqlarla bağlı AÇIQLAMA

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər