1,4 milyon manatlıq tenderin qalibi məlum olub. Bu haqda 1 iyul tarixində FED.az məlumat verib.
Bakı Metropoliteni QSC-nin keçirdiyi 1.415.601 manatlıq tenderin qalibi "Təməl-M" firması olub. Şirkət Bakı Metropoliteninin Bənövşəyi xəttinin "Xocəsən" elektrik deposunun 1-ci mərhələsinə aid hasarboyu çöl sahəsində avtomobil yollarının, depo daxili avtomobil yollarının asfalt-beton işlərinin və sahəxaric yağış kanalizasiya sisteminin çəkilməsi işlərini aparacaq.