Bakı metrosunda sərnişinin ayağının qapı arasında qalması barədə məlumat təsdiqini tapmayıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 10 iyun tarixində xəbər verir.
Hadisə metronun "Koroğlu" stansiyasında qeydə alınıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, sərnişinin ayağının qapı arasında qalması ilə bağlı xəbər həqiqəti əks etdirmir:
"Sərnişinlər maşinistə məlumat verdikdən sonra qapılar açılıb və çanta oradan çıxarılıb. Araşdırma nəticəsində sərnişinin ayağının qapı arasında qalması ilə bağlı məsələlər təsdiqini tapmayıb. Onu da qeyd edim ki, bu gün "Koroğlu" stansiyasında sərnişin sıxlığı yaşanır".