Bakı Metropolitenində olan kondisionerli qatarlar bütün fəsillərə hazırdır. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 1 iyun tarixində xəbər verir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, kondisionerli qatarlarda mikroiqlim sistemi ilin bütün fəsillərində aktivdir:
“Hazırda metroda 19 qatar, yaxud 95 vaqonda mikroiqlim tənzimlənməsi sistemi var və standart olaraq 25 dərəcə götürülür. Amma sərnişin sıxlığından asılı olaraq sistemin iş rejimi də dəyişir. Hətta stansiyalar arasındakı məsafə, qapıların açılıb bağlanma tezliyi də temperatura təsir edir”.
Qurumun sözçüsü səhhətində problem olan sərnişinlərin maşinistlə əlaqə saxlamalarını tövsiyə edib.
Hazırda "Bakı Metropoliteni”nin ümumilikdə 315 vaqonu yaxud 63 qatarı var. Lakin onlardan 95 vaqon və ya 19 qatar müasir standartlara cavab verir. Gün ərzində isə xəttə 40-45 qatar buraxılır.