AZAL Bakı-Moskva reyslərinin bərpası barədə açıqlama verib. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 2 aprel tarixində xəbər verir.
Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, bir sıra yerli KİV və sosial şəbəkələrdə Azərbaycan aviaşirkətləri tərəfindən Moskva hava limanlarına uçuşların müəyyən tarixdən bərpası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Ölkənin aviadaşıyıcıları tərəfindən bütün reyslərin yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir.