Paytaxtın əsas avtomobil yollarında sıxlıq müşahidə olunur. Bu haqda 22 iyun tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrindən 3-cü mkr. dairəsi istiqamətində müşahidə olunan sıxlıq səbəbindən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 165, 199, 205 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər müşahidə olunur.
Avtobuslar gecikmə və 16-20 dəqiqə aralığında intervalla hərəkət edirlər.