Paytaxtın əsas prospektlərindən biri bağlanacaq. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Bakı Dövlət Yol Polisinə istinadən xəbər verir.
“Bakı Marafonu-2022” tədbiri ilə bağlı 15 may saat 10:00-dan etibarən bir sıra küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Məhdudiyyət marafon marşrutunun keçdiyi ərazilərdə qoyulacaq.