Bakının Nəsimi rayonu, “Qış parkı”nın altında yerləşən ikimərtəbəli yeraltı avtomobil dayanacağı satışa çıxarılıb. Bu haqda bu gün, 1 iyun tarixində Bizim.Media məlumat yayıb.
Verilən məlumata görə, qaraja 5.100.000 manat qiymət qoyulub, aylıq icərəsi isə 25.000 manat təşkil edir. Obyektin ümumi sahəsi 5000 kv.m-dir.