Paytaxt Prokurorluğunda kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 28 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Elşən Abbasov Bakı şəhərinin prokuroru vəzifəsinə təyin olunub. O, bundan əvvəl Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi vəzifəsində çalışırdı.
Ötən gün paytaxtın sabiq prokuroru İlqar Abbasovun səlahiyyət müddətinin başa çatdığı bildirilmişdir.