Bakıda noyabrın 1-də “Zəfər günün mübarək, Azərbaycan!” adlı fləşmob keçirilib.
AZƏRTAC-a istinadən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləşmob Bakı Olimpiya Stadionunun ərazisində Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunub. Fləşmob iki kompozisiyadan ibarət olub və 1800 nəfər gəncin və peşəkar xareoqrofın iştirakı ilə hazırlanıb. Kompozisiyada Azərbaycanın xəritəsi və Qələbəmizin simvolu olan "Dəmir yumruq" işarəsi əks olunub.