Bakı - Quba - Rusiya magistral yolunda əsaslı təmir işlərinə başlanılır. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Təmir-bərpa işləri yolun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində aparılacaq.
Yenidənqurma işləri hissə-hissə aparılacaq və təmir olunan hissədə hərəkət tam məhdudlaşdırılacaq. Həmin ərazidə əks istiqamətdə olan yolda ikitərəfli hərəkət təmin ediləcək.
Qurum müəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.