“Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramı günlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlini açıqlayıb. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Martın 19-dan 27-dək qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun hərəkət edəcək.
Hərəkət qrafiki ilə tanış olmaq və bileti onlayn almaq üçün: https://ticket.ady.az