Bakıda TEKNOFEST Azərbaycan Aerokosmik və Texnologiya Festivalına hazırlıqlar yekunlaşmaq üzrədir. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az məlumat verir.
Festivalın keçiriləcəyi "Baku Crystal Hall"-un ərazisində hazırda şirkətlərin stendlərinin quraşdırılması işləri aparılır.
Təhlükəsizlik tədbirləri çərçivəsində ərazidə təcili tibbi yardım maşınları, helikopterlər, yanğınsöndürmə texnikası yerləşdirilib.
Həmçinin, hazırlıqla əlaqədar Bakı səmasında qırıcılar uçuş hazırlığını həyata keçirir.
Azərbaycan Aerokosmik və Texnologiya Festivalı 26-29 may tarixlərində ölkəmizdə keçiriləcək.