İlham Əliyev və Mehriban Əliyeva Bakıda doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Bu haqda 29 iyul tarixində Report məlumat verib.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində əsaslı təmir aparılıb. Dövlət başçısına və birinci xanıma doğum evində yaradılan şərait barədə məlumat verilib. Üçmərtəbəli binada ümumilikdə 130 çarpayılıq 51 palata var: 80 çarpayılıq doğum, 30 çarpayılıq ginekologiya və 10 çarpayılıq reanimasiya şöbələri fəaliyyət göstərir. Burada vətəndaşlara həm ambulator, həm də stasionar xidmət göstəriləcək.
2 nömrəli doğum evi 1987-ci ildə istifadəyə verilib.
[caption id="attachment_54493" align="alignnone" width="300"]
Foto Report.az saytı[/caption]