Səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Bu barədə Bakuplus.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edilib ki, əməkdaşa dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib.