top
Bakıda 15 yaşlı oğlan QIZ ÜSTÜNDƏ BIÇAQLANDI
20 noyabr 2024, 02:10
- ↺ +

Bakıda 15 yaşlı oğlan QIZ ÜSTÜNDƏ BIÇAQLANDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sinif yoldaşımla danışırdım. Birdən Nigarın sevgilisi yazıb kimliyimi soruşdu”.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında İlqar Əfəndiyevi (ad şərtidir) bıçaqlamaqda təqsirləndirilən Nicat Əsgərov (ad şərtidir) deyib.

Belə ki, hadisə Bakı şəhəri, R.M.Sadıqov adına 136 nömrəli məktəbin yaxınlığında qeydə alınıb. 2009-cu il təvəllüdlü Nicat Əsgərov bu ilin aprelin 25-də sinif yoldaşı Nigar Camalova ilə (ad şərtidir) “Instagram”da yazışıb. Onların yazışdığını Nigarın sevgilisi İlqar görüb. İlqar Nicata öz profilindən yazaraq nalayiq söyüşlər işlədib. Daha sonra, məktəbin yaxınlığındakı parkda görüşüblər. Mübahisə zamanı Nicat İlqarı 2 dəfə bıçaqlayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Nicat Əsgərova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində deyib:

“Sinif yoldaşım Nigarla “Instagram”da yazışırdıq. Bir də gördüm ki, Nigarın sevgilisi İlqar mənə yazıb kim olduğumu soruşdu. Mən də Nigarın sinif yoldaşı olduğumu dedim. Bundan sonra aramızda mübahisə yarandı. İlqar məni 136 nömrəli məktəbin yanındakı parka dəvət etdi. Tək gəlməyimiz barədə razılaşdıq. Mən hər ehtimala yanımda bıçaq götürdüm. Parka gedəndə İlqarın tək olmadığını gördüm, dostları yanında idi. Tək qalıb döyüləcəyimdən qorxduğum üçün bıçaqla İlqarın ayağından vurmaq istədim. Amma bıçaq onun kürəyinə dəydi. Əməlimdən peşmanam”.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən İlqar Əfəndiyev ifadəsində göstərib:

“Nigarın “Instagram”ına Nicatdan mesaj gəldiyini gördüm. Dərhal həmin hesabdan Nicata yazıb, kim olduğunu soruşdum. Aramızda mübahisə yarandığı üçün bir-birimizi söydük. 136 nömrəli tam orta məktəbin parkına çağırdım, əvvəlcədən tək gəlməyimizə dair razılaşdıq. Həmin yerə tək getmişdim, sadəcə parkda dostlarımla qarşılaşdım. Oturduğum zaman kiminsə arxadan kürəyimə vurduğunu hiss etdim”.

Məhkəmədə şahid Nigar Camalova ifadəsində deyib:

“Nicat mənim sinif yoldaşımdır. İlqar da mənim tanışımdır. Nicat mənə “Instagram”da dostluq atdı. Sinif yoldaşım olduğu üçün qəbul etdim. Nicat mənə yazanda İlqar gördü. Onlar mübahisə etməyə başladılar. Birinci söyüşü İlqar işlətdi. Daha sonra İlqar mənim hesabımdan çıxıb öz şəxsi “Instagram” hesabından Nicata yazdı. Bundan sonra baş verənlərdən məlumatlı deyiləm”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Nicat Əsgərov cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə Nicat Əsgərov 3 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər