Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elzamin Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Elzamin Məmmədov bir il ərzində "ABC-Telecom" MMC-nin əmtəə nişanının sahibi olan “Kontakt Home 41” mağazasının inzibatçısı (administratoru) vəzifəsində işləyib. O, həmin müddətdə şirkətin 56 693,09 manat məbləğində pulu mağazanın kassasına mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elzamin Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.