top
Bakıda adına məşhur küçə olan Əhməd Rəcəbli kimdir?
28 yanvar 2025, 06:07
- ↺ +

Bakıda adına məşhur küçə olan Əhməd Rəcəbli kimdir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əhməd Rəcəbli… Bu ad daha çox Bakı küçələrindən birinin adı kimi qulağımıza tanışdır. Güman ki, o küçədən addımlayan çoxunun ağlından keçib bu sual – kimdir Əhməd Rəcəbli? Çətin, amma maraqlı həyatı olan, tarixdə iz qoyan böyük azərbaycanlı.

Maqadana sürgün olunur, orada yeni pomidor sortları yetişdirir, “Babək” romanını yazır, “Fədai” şaftalı sortunu yaradır…

Yüz nəfərdən biri olmaq

“Əhməd Cabbar oğlu Rəcəbli! Sizi Maarif Nazirliyi adından xaricdə təhsil almaq fürsəti münasibətilə təbrik edirik. Təhsil xərcləri hökumət tərəfindən qarşılanacaq. Sizə yol xərcləri üçün 5 min manat, ümumi xərclər üçün 36 min manat ödəniş təyin edilib. Hörmətlə, Tələbələrin Xaricə Göndərilməsinin Təşkili Komissiyasının sədri Teymur Aslanov”.

O, Azərbaycan Xalq Cümhuriyyətinin xaricdə təhsil üçün seçdiyi yüz nəfərdən biri idi. Buna qədər isə o, 1916-ci ildə İrəvan şəhərindəki Klassik Rus Gimnaziyasını gümüş medalla bitirib, Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1919-cu ildə isə təhsilini İtaliyada davam etdirməyə göndərilir, dörd il Peruca şəhərində Ali Kral Eksperimental Aqrar institutunda təhsil alır.

1923-ci ildə Bakıya qayıdıb, torpaq komissarlığında işləmək təklifi alır. Ancaq Əhməd Rəcəbli xahiş edir ki, onu Zaqatalaya göndərsinlər, oranın  təbiəti, torpağı seleksiya ilə məşğul olmaq üçün olduqca əlverişlidir. Dosent, kafedra müdiri, Respublika Torpaq Komissarlığında dövlət müşaviri, professor adı alır.

Seleksiyaçılıqdan yazıçılığa…

Bakıda adına məşhur küçə olan Əhməd Rəcəbli kimdir?

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra “təmizləmə” əməliyyatı yüzlərlə bacarıqlı, istedadlı, milli ruhlu kadrlardan yan keçmədi. Vətən xaini damğası ilə Sibirin, Orta Asiyanın gedər-gəlməz yollarına salınanlardan biri də Əhməd Rəcəbli olur. Səbəb - onun İtaliyada təhsil aldığı illərdə əksinqilabçı ruhu ilə seçilməsi idi. Beləliklə, seleksiyaçı alim Maqadan şəhərinə sürgünə göndərilir. Üç il Kolımada, beş il Maqadanda SSRİ Xalq Daxili İşlər Komissarlığının yardımçı təsərrüfatında aqronom işləyir. Burada da peşəsinə sadiq qalan professor yeni pomidor sortları yetişdirir. Qürbətdə “Babək” tarixi romanını yazır. Hansısa bir mənbədən, ədəbi qaynaqlardan istifadə etmək imkanından məhrum olmaqla tarixi roman yazmaq alimin nə qədər geniş məlumatlı olduğundan xəbər verir. Qeyd edək ki, Əhməd Rəcəbli rus, alman, fransız, ispan, italyan, fars və yunan dillərini bilirdi. Sonralar “Babək” romanı“ Azərbaycan” jurnalında nəşr edilir.

İrəvanda başlayıb Moskvada bitən ömür

1945-ci ildə cəzasını çəkib qurtaran Əhməd Rəcəbli Bakıya qayıdır, Azərbaycanda meyvəçiliyin inkişafı sahəsində aktual mövzular üzərində işləyir. Şirvan, Naxçıvan, Quba, Xaçmaz, Qarabağ bölgələrində yeni meyvə sortları tətbiq edir, konserv sənayesi üçün meyvələr hazırlayır, ”Azərbaycanda meyvə bitkilərinin sortları” adlı monoqrafiyasını yazır, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə dərslik tərtib edir. Lakin 1950-ci ildə yenidən həbs edilir və bu dəfə Qazaxıstana – Cambul şəhərinə göndərilir, dörd ildən sonra yenidən doğma Vətənə qayıdır, yenidən çoxillik bitkilər institutunda ömrünün sonunadək çalışır.

1898-ci il sentyabrın 28-də İrəvan şəhərində anadan olan Əhməd Rəcəbli 1963-cü ildə Moskvada vəfat edir, Bakıda dəfn edilir. Özündən sonra yaratdıqları və adı qalır. Necə deyərlər, adı ad olur. O ad ki, indi paytaxt Bakının küçələrindən birində əbədiləşdirilib.

baki-baku.az

Naibə Qurbanova

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər