Bakıda dələduzluqda şübhəli bilinən 2 nəfər saxlanılıb.
Bu barədə Bakuplus.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə 41000 dollar və 5720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.