Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Bakuplus.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.