top
Bakıda keçmiş arvadını öldürmək istəyən iranlı məhkəmə qarşısında
16 yanvar 2025, 06:46
- +

Bakıda keçmiş arvadını öldürmək istəyən iranlı məhkəmə qarşısında

Həmyerlisi olan həyat yoldaşını öldürmək istəyən İran İslam Respublikasının vətəndaşı Tabaraki Mehdi Rasoulun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Mehdi Tabarakinin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, məhkəmə prosesində tərcüməçidə iştirak edib. Məlum olub ki, Mehdi Tabaraki ali təhsillidir, əvvəllər məhkum olunmayıb, milliyətcə farsdır, İranın Şiraz şəhərindəndir.

Bakıda keçmiş arvadını öldürmək istəyən iranlı məhkəmə qarşısında

Cinayət işində zərərçəkmiş qismində Beydekabi Seyedeh Morteza tanınıb. Zərərçəkmiş hazırda İranda olduğundan məhkəmə prosesinin hazırlıq iclasında iştirak etməyib. Sonra təqsirləndirilən şəxsin vəkili müvəkkili barədə qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işində olan sübutların bəziləri saxta olduğundan işin ibtidai istintaq orqanına qaytarılması və ümumiyyətlə cinayət işinə xitam verilməsi ilə bağlı 3 vəsatət verib. Vəkil izahını belə edib ki, işin tədqiqatçısı Fazil Osmanov həm hadisənin şahidi olub, həm də ilkin olaraq işi təhqiqatçı kimi araşdırıb.

Vəsatətlərə dövlət ittihamçısı Rauf Malışov cinayət işinin materialları ilə tanış olmadığına görə, münasibət bildirməyib və məhkəmədən vaxt istəyib. Həbs qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib.

Məhkəmə prosesinin hazırlıq iclası 23 yanvar tarixinə kimi təxirə salınıb.

İttiham aktına görə, 2024-cü ilin aprelində Mehdi Tabaraki həmyerlisi olan keçmiş həyat yoldaşını avtomobildə öldürmək istəyib. Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. Belə ki, qadın uşağı atasına göstərmədiyi üçün Mehdi Tabaraki bıçağa əl atıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Xəbər
Dünən, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
Dünən, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
Dünən, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Dünən, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Dünən, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Dünən, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
Dünən, 11:58

Pivə zavodundan Xəzər dənizinə çirkab sular axıdılır?

Xəbər
Dünən, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Dünən, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
08 sentyabr 2026, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
08 sentyabr 2026, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
08 sentyabr 2026, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
08 sentyabr 2026, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
08 sentyabr 2026, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
08 sentyabr 2026, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
08 sentyabr 2026, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
08 sentyabr 2026, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Oxşar xəbərlər