Bakının Nizami rayonunda “Əzizbəyov” körpüsündə qadını maşın vurub.
Apa.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
“Əzizbəyov” körpüsünün üzərində 1989-cu il təvəllüdlü Abbasova Pərvin Mahir qızı yol kənarı ilə hərəkət edərkən onu minik avtomobili vurub.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.