top
Bakıda metro əmlakına ziyan vuran Fransa vətəndaşı ilə bağlı qərar verildi   
16 dekabr 2024, 06:49
- ↺ +

Bakıda metro əmlakına ziyan vuran Fransa vətəndaşı ilə bağlı qərar verildi  

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləməkdə ittiham olunan Fransa vətəndaşı Clerk Teqo Hüqonun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Apa.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs çıxış edib.

O, Azərbaycan Respublikasının qanunlarını bilmədiyini, amma özünü təqsirli hesab etdiyini bildirib: “Törətdiyim əməlin xuliqanlıq kimi hesab edildiyini anlayıram, lakin bizim niyyətimiz pis olmayıb. Biz rəsmdə səkkiz guşəli ulduz da çəkmişik. Başqa niyyətimiz olmayıb”.

Təqsirləndirilən şəxs bağışlanması üçün dövlət başçısına məktub ünvanladığını bildirib: “Mən bağışlanmağım üçün Azərbaycan Respublikasının Prezidentinə, həmçinin Fransa Prezidentinə məktub göndərmişəm. Günahımı anlayıram. Məhkəmədən bağışlanmağımı və ya digər yoldaşlarım kimi cəzamın cərimə ilə əvəzlənməsini rica edirəm”.

Proses zamanı hakimin “Şəkil çəkməyə başqa yer yox idi” sualına təqsirləndirilən şəxs bildirib ki, ölkəsində qatar stansiyada saxlayanda vaqonun üzərində şəkil çəkə bilirlər: “Bilməzdim bu hərəkət mənim üçün belə nəticələnə bilər”.

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov çıxışı zamanı bildirib ki, Clerk Teqo Hüqo tanınmış rəssamdır və ölkəyə turist kimi gəlib: “Əməlinə görə istintaq orqanı onu xuliqan kimi qələmə verib. Lakin həmin rəsmlərdə neqativ hal yoxdur. Bunu ekspertiza da təsdiq edib. Rəsmlərdə cəmiyyətə qarşı hörmətsizlik, xuliqanlıq halı yoxdur”.

Vəkil deyib ki, təqsirləndirilən şəxs məbləği tam ödəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Babək İsmayılov apellyasiya şikayətinin təmin olunmamasını istəyib. O bildirib ki, bu, düşünülmüş və əvvəlcədən planlaşdırılmış bir proses olub: “Onların xoş niyyəti olsaydı, giriş nöqtəsinə yaxınlaşıardılar. Qadağan olunmuş yerə hasarı aşmaqla keçmək bütün ölkələrdə qanun pozuntusudur. Həmçinin ibtidai istintaqda bunun planlaşdırılmış bir iş olduğunu onlar etiraf ediblər”.

Daha sonra dövlət ittihamçısı İlkin Yusifov çıxış edərək bildirib ki, bu, təqsirləndirilən şəxsin ilk əməli deyil: “O, öz ölkəsində də bu qəbildən olan işlərə görə dəfələrlə məsuliyyətə cəlb olunub. Birinci instansiya məhkəməsi minimum cəza təyin edib. Apellyasiya şikayətinin təmin olunmamasını təklif edirəm”.

Məhkəmə müşavirədən sonra qərar qəbul edib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməyib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər