top
Bakıda qonşuları siçanla qorxudan şəxs cəzalandırıldı
23 dekabr 2024, 05:39
- ↺ +

Bakıda qonşuları siçanla qorxudan şəxs cəzalandırıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qonşularını qorxutmaq üçün yaşayış binasının dəhlizinə siçan buraxan şəxs məhkəməyə çıxarılıb.

Qaynarinfo.az-ın  məlumatına görə, qonşuların şikayəti əsasında saxlanılan 1980-ci ildə Bakı şəhərində doğulmuş Emin Vəliyev (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, 44 yaşlı Emin Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsindəki binada yaşayır. O, bir neçə sakinin yaşadığı ümumi istifadədə olan dəhlizdə sakinlərin ünvanına nalayiq ifadələr işlədib, habelə, qonşu mənzilin çöl qapısı üzərində quraşdırılmış videomüşahidə kamerasının qarşısında qeyri-etik əl və barmaq işarələri göstərib, öz səsi ilə hazırladığı müxtəlif qanunlardan və məcəllələrdən birgəyaşayış qaydaları ilə bağlı çıxarışları özünün yaşadığı 162 saylı mənzildən videomüşahidə kamerasının mikrofonu ilə ümumi istifadədə olan dəhlizə yayaraq, uzun müddət sakinlərin dincliyini pozub.

Daha sonra 2 çöl siçanını sakinlərin ümumi istifadəsində olan dəhlizdə qoyaraq, onların qutudan dəhlizə çıxmalarına və orada yaşayan sakinlərin qorxu və təşvişinə səbəb olub. O, bir qədər də irəli gedərək iyi qonşuları narahat etsin deyə dəhlizdə icazəsiz boyama işləri görüb.

Emin məhkəmədə özünü təqsirli bilməyərək, qonşuları tərəfindən ona şər və böhtan atıldığını iddia edib. Qonşuları isə ona qarşı yaşayış binasının komendantlığının qaldırdığını iddia edib. Çünki komendantlıq öz öhdəliklərini lazımınca yerinə yetirmir, onu qonşularla üz-üzə qoyur.

Məhkəmənin qərarı ilə Emin Vəliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 100 manat məbləğində cərimə edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər