Xətai Tibb Mərkəzində qeyri-adi cərrahi əməliyyat həyata keçirilib.
Bakuplus.az xəbər verir ki, bu gün xəstəxanaya gətirilmiş 10 yaşlı uşağın qarın boşluğuna batmış qapı dəstəyi çıxarılıb.
Əməliyyat uşaq cərrahı Pərviz Səmədov tərəfindən yerinə yetirilib.
Hazırda xəstənin vəziyyəti yaxşıdır, o, həkim nəzarəti altındadır.