Sabah Azərbaycanda yeni katolik kilsəsinin təməlqoyma mərasimi keçiriləcək.
Bakuplus.az xəbər verir ki, bu barədə Azərbaycanda Katolik kilsəsinin mətbuat xidməti məlumat verib.
Yeni kilsə A.M.Şərifzadə küçəsində (“İdeal” şadlıq sarayının yanında) tikiləcək.
Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Qallaher təməlqoyma mərasimində iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək.