Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb.
DİN-in Mətbuat xidmətindən apa.az-a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində itkin düşmüş 13 yaşlı K.A. tapılaraq ailəsinə təhvil verilib.
***
10:06
Bakıda 13 yaşlı oğlan itkin düşüb.
Apa.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Belə ki, 2011-ci il təvəllüdlü Kənan Ataşov yaşadığı evdən çıxaraq geri dönməyib.
Faktla bağlı Sabunçu RPŞ-də araşdırılma aparılır.