top
Bakıdakı klinikalar ABŞ-dakı jurnalisti ölümlə hədələyirlər
19 noyabr 2024, 23:18
- ↺ +

Bakıdakı klinikalar ABŞ-dakı jurnalisti ölümlə hədələyirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ölüm təhdidləri alması ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edib.

Bakuplus.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslər onu susdurmaq üçün təhdid edirlər:

"Bu təhdidlərdən yalnız bir nümunəni diqqətinizə çatdırıram. Haker hücumlarını maliyyələşdirənlər arasında “LBC” klinikasının rezidenturasız cərrahı Natəvan Əmirova, eyni klinikadan adı siyahıda keçən daha 4 nəfər və Könül Ağamirova, Ülviyyə Ağazadə, “Badam” klinikasından Səkinə Xudiyeva, Vüsal Abdullayev və bu klinikada makler kimi fəaliyyət göstərən həkim Pərviz Əhmədov, eləcə də, saxta yolla plastik cərrah olmuş Sevinc Heydərova var. Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər. Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar. Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etməyə başladılar. Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərməyə keçdilər. Övladlarımın həyatına zərər yetirəcəklərini bildirdikləri mesajlar aldım. Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq. İnstagram hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq, vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm. Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər. Onların və adları çəkilən klinikaların fəaliyyəti cəmiyyətin sağlamlığı üçün ciddi təhlükədir. Aldatdıqları insanlardan topladıqları pulları troll ordusu, saxta hesablar və hətta haker hücumlarına yönəldirlər”.

Jurnalist hüquq mühafizə orqanlarını və bütün aidiyyəti qurumları bu vəziyyətə müdaxilə etməyə çağırıb:

“Xalqın sağlamlığını təhlükəyə atan, təhdid və təzyiqlərlə həqiqətləri gizlətməyə çalışan bu şəxslərə qarşı tədbirlər görülməsi zəruridir”.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Qafqazinfo.az-a bildirib ki, Q.Ataşovanın müraciəti ilə bağlı araşdırma aparılır.

hədə

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər