top
Bakını qoruyan şirlər və öküz – Qoşa qala qapıları   
29 yanvar 2025, 23:24
- ↺ +

Bakını qoruyan şirlər və öküz – Qoşa qala qapıları  

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qoşa qala qapıları Bakı qalasının şimal divarında yerləşən girişdir. Bura həm də Şamaxı qapıları deyilir. Səbəbi isə girişin Şamaxıdan gələn qədim karvan yolunun üzərində yerləşməsi olub. Qoşa qala qapıları xaricdən Əziz Əliyev və İstiqlaliyyət küçələrinin kəsişmə nöqtəsində yerləşir, daxildən isə İçərişəhərin Böyük Qala və Kiçik Qala küçələrinə açılır.

Qoşa qala qapılarından biri XII əsrdə III Böyük Mənuçöhrün sifarişi ilə Bakı qalası inşa edilərkən, ikincisi isə XVII əsrdə — Şah I Abbasın hakimiyyəti dövründə Zülfüqar xanın sifarişi ilə inşa edilib.

Tarixi mənbələrə əsasən, Bakı şəhəri qədim dövrlərdə üçqatlı qala divarları ilə əhatə olunub. Onlar müxtəlif zamanlarda şəhərin ərazisinin genişləndirilməsi işləri ilə əlaqədar inşa edilib. Dövrümüzə bu üç divardan yalnız tarixinə görə ən qədim olanı gəlib çatıb. Haqqında söhbət etdiyimiz Qoşa qala qapıları da Bakı qalasının məhz ən qədim divarında yerləşir.

Bu divarların XII əsrə aid olduğu bildirilir: “İstənilən halda, heç şübhəsiz ki, XI əsrdə Səlcuq sultanlarının hakimiyyəti dövründə Bakı dəniz sahilinin kifayət qədər əhəmiyyətli şəhərinə çevrilmişdi; şəhərdə bir neçə məscid var idi, XII əsrdə isə nəhəng Qız qalası inşa edilmişdi; bununla eyni zamanda həm də şəhərin ən qədim qala divarları inşa edilmişdi”. Bunu İçərişəhərin qədim abidələrinin tədqiqatçısı V.M.Sısoyev öz qeydlərində yazırdı.

“…o, ikiqat qala divarları ilə əhatə olunub, onlar bir-birindən 15 addımlıq məsafədə yerləşirlər, onlardan daxildə yerləşəni əhəmiyyətli dərəcədə hündürdür; divarlarda çoxlu sayda yarımdairəvi qüllələr vardır; divarların ən üst tərəfindən dişcik şəklində çıxıntılar vardır. Dənizə baxan divarlar kərpicdən, digər divarlar isə əhəng daşı və gil məhlulundan tikilmişdir. Şimal divarındakı qoşa qapılar dəmir listlərlə qapadılır. Malların rahat daşınması üçün dəniz tərəfdən qalanın üç qapısı var”, – deyə Şah Süleyman Səfəvinin (1667–1695) hakimiyyəti dövründə 1683-cü ildə beş gün Bakıda qalan səyyah Engelbert Kempfer Bakı qalasını təsvir edərkən qeyd edib.

İki qapının yan-yana gəlməsininin tarixi isə 1796-cı ildə Bakı xanı Hüseynqulu xanın şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil verməsi ilə əlaqəlidir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilib və 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısının Şamaxı qapısının yanına köçürülməsi qərara alınıb. Və beləliklə, bu layihə üzrə başlanan köçürülmə işi 1886-cı ildə tamamlanıb.

Darvazalarda qorunub saxlanılan ən mühüm amil sənaye yüksəlişindən və neft bumundan xeyli əvvəl mövcud olmuş orta əsrlərdəki Bakının simvolu olan əsrarəngiz barelyefdir.

Barelyef iki kiçik disklə əhatə olunmuş öküzün nəhəng başını qoruyan iki şir təsvir edən ustalıqla yonulmuş daş kompozisiyadır. İkinci qapı – Zülfüqar qapısı Şamaxı qapısının yanına yerləşdiriləndə həmin simvolun eynisi qapı üzərində yerləşdirilib. Bəs bu öküz kəlləsi və şirlərdən ibarət olan simvolun anlamı nədir?

Bakını qoruyan şirlər və öküz – Qoşa qala qapıları

Kempferin fikrincə, öküz kəlləsi quru torpaq və güclü külək səbəbindən əkinçiliklə məşğul ola bilməyən, əhalisi ənənəvi olaraq maldarlıqla məşğul olan köhnə istehkamlı şəhərin özünü simvolizə edir. Bir çox alimlərin iddia etdiyi kimi, öküz və inək qədim abşeronluların ən qədim totemi olub. Bu təsvirlərə qayaüstü rəsmlərdə, yaşayış məskənlərində, sonralar isə sikkələrdə rast gəlmək mümkündür. Bu aspektdən yanaşsaq, öküz kəlləsi sanki  çoxəsrlik ənənəyə bir növ hörmət əlamətidir.

Bu simvolun mənşəyi qədim dövrlərə, hətta bütpərəstlik dövrünə qədər gedib çatır. İnək insanların atası sayılırdı və müqəddəs heyvan idi. Sehrdə öküz (və ya inək) kəlləsinin təsvirindən istifadə müəyyən məqsədlərə çatmaq üçün çox güclü və təsirli vasitə hesab olunurdu. Ancaq bu təsvirlər ən çox qorunmaq üçün əvəzsiz idi. Onlar darvazaları, hasarları, evləri və sərhəd nişanlarını məhz öküz  kəlləsinin təsvirləri ilə bəzəyirdilər.

Şirlərə gəlincə, bu obraza bir çox xalqların tarixində və mədəniyyətində rast gəlinir. Roma yazıçısı və filosofu Amvrosi Feodosi Makrobiyə görə, şirlər Yer kürəsini, Tanrıların Anasını simvolizə edir. İki şir isə ikiqat güclü hökmdarı, həmçinin qapıların və xəzinələrin qoruyucusu və ya Həyat Ağacını ifadə edir. Bundan başqa, bir çox tarixçilərin fikrincə, Yaxın Şərqin heraldik ənənələrinə, fars mədəniyyətinə hörmətdir.

Bu cür fərziyyələrə əsaslanaraq, bəzi tarixçilər öküzün hər iki tərəfində dayanan şirləri Bakını tutmuş səfəvilər və ortada olan öküz kəlləsini isə orada hələ də zərdüştlüyə etiqad edənlərin varlığının simvolu kimi qiymətləndirir.

Kempfer həm də düşünürdü ki, şirlər öküzün başının yanındakı disklərlə birlikdə səma işığını simvolizə edə bilər. Qədim şəhər heraldikasında öküz təsvirləri tez-tez gecə və gündüzün simvolu olan Günəş və Ay təsvirləri ilə müşayiət olunurdu. Ola bilsin ki, eyni məna yükünü qoşalaşmış qala qapılarının üstündəki öküzün yanında həkk olunmuş kiçik disklər daşıyır. Ümumiləşdirsək, Kempferə görə, qalanın əsas girişindəki darvazadakı mürəkkəb gerbi belə açmaq olar: Şirlər (yəni qala divarları)  gündüz (Günəş) və gecə (Ay) Öküzü (yəni şəhəri) qoruyurlar.

Baki-baku.az

Xanım Aydın

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər