Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın iki rayonunda, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Ruslan Göyüşov küçəsinin və Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi ilə Yeni Ramana yolunun kəsişmələrində yeni işıqforlar quraşdırılıb.
Bu barədə Bakuplus.az-a mərkəzdən məlumat verilib.
Bildirilib ki, görülən işlər nəticəsində bu yollardan istifadə edən nəqliyyat vasitələrinin sərbəst hərəkəti və piyadaların təhlükəsizliyi təmin edilib.