top
“Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb – FOTO   
28 yanvar 2025, 06:55
- ↺ +

“Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb – FOTO  

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsində yaşayan bir qrup sakin parkinq problemindən şikayətçidir.

Bizim.Media-ya daxil olan şikayətdə bildirilir ki, Ülvi Rəcəbov küçəsindəki “Bakıxanov Rezidens”in sakinləri avtomobillərini saxlamağa yer tapa bilmirlər.

Belə ki, sakini olduqları binanın idarəçiləri həyətə girişi qadağan ediblər. Binanın yeraltı qarajında yer almağa da hər sakinin imkanı yoxdur. Ona görə də sakinlər indiyədək avtomobillərini binanın qarşısından keçən Ülvi Rəcəbov küçəsində saxlayırdılar. Amma bu günlərdə həmin küçəyə də “dayanma-durma qadağandır” işarəsi quraşdırılıb.

Ona görə də avtomobil sahibləri nə edəcəklərini bilmirlər.

Məsələ ilə bağlı “Bakıxanov Rezidens”dən bildirilib ki, binanın həyətinə giriş qadağandır:

“Həyət ancaq sakinlərin istirahəti üçündür. Orda avtomobil saxlamaq olmaz”.

Bəs “bina inşa edilərkən niyə avtomobillərin dayanması üçün yer ayrılmayıb?” sualımıza isə rezidentin təmsilçisi cavab verməkdən boyun qaçırıb.

O, “başqa yerdəyəm, danışa bilmirəm”, - deyərək telefonun dəstəyini asıb.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin küçəyə yol nişanı yeni quraşdırılıb:

“Ona görə də sakinlərə məsləhət görürük ki, AYNA-ya müraciət etsinlər. Onların müraciətinə əsasən AYNA yolun müəyyən hissəsində avtomobil saxlamaq üçün yer ayıra bilər”.

Yola yeni quraşdırılan yol nişanı ilə bağlı Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli deyib ki, yol nişanlarının quraşdırılması AYNA-səlahiyyətinə aiddir.

Nəqliyyat üzrə ekspert Aslan Əsədov qeyd edib ki, belə vəziyyətdə binanın sakinləri müvafiq orqanlara, Baş Dövlət Yol Polisi İdarəsinə və AYNA-ya yazılı şəkildə müraciət etməlidir:

“Ərizəçilərin adı çəkilən ünvanda qeydiyyatda olması mütləqdir. Onlar bildirməlidirlər ki, rəsmi şəkildə ev alıblar. Amma avtomobillərini saxlamaq üçün ətraf ərazidə yer yoxdur. Ona görə də yaxın ərazidə avtomobillərinin parklanması üçün yer təşkil edilməlidir.

Məhz bu müraciətdən sonra AYNA vətəndaşların müraciətini müsbət həll etməlidir və ən yaxın ərazidə parklanma yeri yaradılmalıdır.

Özü də tam ödənişsiz. Çünki bunu “Yol hərəkəti haqqında” qanun və müvafiq təlimatlar deyir. Mövcud qanunvericiliyimizdə belə bir tələb də var ki, vətəndaşlar yaşadıqları ərazi üzrə parklanma ilə təmin olunmalıdırlar”.

Şikayətlərlə bağlı AYNA-dan bildirilib ki, məsələ araşdırılıb, ətraflı məlumat veriləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər